ABŞ səfirliyi vətəndaşlarına İraqı dərhal tərk etməyi tövsiyə edir
ABŞ səfirliyi vətəndaşlarına İraqı dərhal tərk etməyi tövsiyə edir

ABŞ-ın Bağdaddakı səfirliyi Amerika vətəndaşları üçün qəti xəbərdarlıq yayıb. Onları dərhal İraqdan çıxmağa çağırırlar və ölkədə qalmaq istəyənlərə isə bu qərarı yenidən nəzərdən keçirmələri tövsiyə olunur.

“İran və onunla əlaqəli terrorçu qruplaşmalar İraqda ictimai təhlükəsizliyə ciddi təhdid yaradır. ABŞ vətəndaşlarına, ABŞ maraqlarına və vacib infrastruktura qarşı artıq hücumlar baş verib”, – Səfirliyin bəyanatında deyilib.

Bundan əvvəl, 14 martda Bağdadın “Yaşıl Zonası”nda yerləşən ABŞ səfirliyinə hücum edilib. Yayılmış məlumata görə, diplomatik nümayəndəliyin binasında yerləşən helikopter meydançası zədələndi.

Bu fonda, İraqda olan ABŞ vətəndaşlarına İraqda yerləşən ABŞ səfirlikləri və konsulluqlarına getməmələri tövsiyə olundu.

“Bağdaddakı səfirliyə və ya Erbildə yerləşən baş konsulluğa getməyə çalışmayın, çünki İraq hava məkanında hələ də raket, dron və minaatan mərmiləri təhlükəsi mövcuddur”, – Diplomatik nümayəndəliyin müraciətində deyiilib.