ABŞ Səfirliyi - Birləşmiş Ştatlar Amerikanın maraqlarını gücləndirmək üçün Gürcüstana münasibətini yenidən nəzərdən keçirməyə davam edir
ABŞ Səfirliyi - Birləşmiş Ştatlar Amerikanın maraqlarını gücləndirmək üçün Gürcüstana münasibətini yenidən nəzərdən keçirməyə davam edir

Bu gün səfir Daniqan və baş məsləhətçi Tolke ABŞ-Gürcüstan münasibətlərini müzakirə etmək üçün Gürcüstanın xarici işlər naziri Boçorişvili ilə görüşdülər, – bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyinin bəyanatında qeyd edilib.

Səfirliyin bəyanatında deyildiyi kimi, Birləşmiş Ştatlar Amerikanın maraqlarını gücləndirmək üçün Gürcüstana münasibətini yenidən nəzərdən keçirməyə davam edir.

“Birləşmiş Ştatlar Gürcüstan hökumətinin ABŞ-la münasibətləri yaxşılaşdırmaq niyyətində ciddi olduğunu göstərmək üçün ata biləcəyi addımları aydın şəkildə müəyyən edib”, – ABŞ səfirliyinin bəyanatında qeyd edilib.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün ABŞ Dövlət Departamentinin baş məsləhətçisi Uayt Tolke və ABŞ-ın Gürcüstandakı səfiri Robin Daniqan ilə görüşüb.

Qeyd olunan görüşlə bağlı Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilib ki, görüşdə Amerika Birləşmiş Ştatları ilə Gürcüstan arasında münasibətlərə, əməkdaşlıq perspektivləri və regiondakı cari proseslərə toxunulub.