ABŞ Səfirliyi -ABŞ “Gürcü arzusu”nun vətəndaşlara, o cümlədən müxalifət liderlərinə, jurnalistlərə, vətəndaş cəmiyyəti üzvlərinə və aksiya iştirakçılarına qarşı zorakılığını pisləyir
ABŞ Səfirliyi -ABŞ “Gürcü arzusu”nun vətəndaşlara, o cümlədən müxalifət liderlərinə, jurnalistlərə, vətəndaş cəmiyyəti üzvlərinə və aksiya iştirakçılarına qarşı zorakılığını pisləyir

ABŞ “Gürcü arzusu” partiyasının vətəndaşlara, o cümlədən müxalifət liderlərinə, jurnalistlərə, vətəndaş cəmiyyəti üzvlərinə və aksiya iştirakçılarına qarşı zorakılığını pisləyir, – bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyinin bəyanatında deyilib.

Səfirliyin bəyanatında qeyd edildiyi kimi, bu cür hərəkətlər gürcülərin əsas azadlıqlarının istifadəsini məhdudlaşdırmaq məqsədi daşıyır.

“Gürcülərin əsas azadlıqlarının istifadəsini məhdudlaşdırmaq məqsədi daşıyan bu cür hərəkətlər Gürcüstanı gürcülərin əksəriyyətinin iradəsi olan Avro-Atlantik yola qaytarmaq üçün heç nə etmir. Gürcüstan daha yaxşısına layiqdir”, – ABŞ səfirliyinin bəyanatında qeyd olunub.