ABŞ səfirliyi – ABŞ Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişinin imzalanmasını qeyd edir, bu, Cənubi Qafqaz regionunda iqtisadi potensialın üzə çıxarılması üçün bir imkandır
ABŞ Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişinin imzalanmasını qeyd edir, bu, Cənubi Qafqaz regionunda irəliləyişin və iqtisadi potensialın üzə çıxarılması üçün mühüm bir imkandır, – bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi sosial şəbəkədə yazır.
Səfirliyin qeyd etdiyi kimi, Donald Tramp tərəfləri bir masa arxasında bir araya gətirdi və onilliklərlə davam edən münaqişəyə son qoyan razılaşmaya vasitəçilik etdi.
“ABŞ bu gün Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişinin imzalanmasını qeyd edir. Prezident Tramp bu tərəfləri bir masa arxasında bir araya gətirdi və onilliklərdir davam edən münaqişəyə son qoyan razılaşmaya vasitəçilik etdi. Bu, hər iki ölkə üçün irəliləyiş və Cənubi Qafqaz regionunda iqtisadi potensialı üzə çıxarmaq üçün bir imkandır ki, nəticədə həm amerikalı, həm erməni, həm də azərbaycanlı xalqlar üçün ticarət sazişləri və rifah təmin ediləcək. Hər iki ölkəni sülhün yeni erasının başlanması münasibətilə təbrik edirik”, – ABŞ səfirliyi yazır.