ABŞ səfirinin qızı meqrel mahnısını ifa edir

ABŞ səfiri Yan Kellinin qızı Eni Kelli, Blato Zlato qrupunun vokalistləri ilə bərabər gürcü mahnılarını ifa etdi.

ABŞ-ın Gürcüstandaki səfirinin qızı tərəfindən ifa edilən meqrel mahnısı “Aşo Çela”-nın videosunu Blato Zlato qrupu və Amerikanın Gürcüstandakı səfirliyi yayırlar.

Qrup üzvələrinin bəyanatına görə, onlar Gürcüstanda öyrəndikləri mahnıyı ABŞ-da, Yeni Orleanda planlaşdırılan şouda ifa edəcəklər.

Eni Kellinin Gürcüstana səfəri haqqında məlumatı ABŞ səfirliyi də yayır:

“Eni səfir Yan Kellinin qızıdır. Bu yay o Gürcüstanda idi və bir neçə həftəsini gürcü mahnılarının öyrənilməsinə sərf etdi. Bu repetisiya videosunda Eni və onun dostları Gürcüstanda öyrəndikləri “Aşo Çela” mahnısını fərqli tərzdə ifa edirlər.

Ümid edirik ki, bəyəndiniz” – yazılıb ABŞ -ın Gürcüstandakı səfirliyinin Facebook səhifəsində.