ABŞ səfiri vəzifəsini icra edən Alan Persel - Orta Dəhliz istiqamətində ABŞ Gürcüstanı və bütün regionu konkret investisiyalarla dəstəkləməyə davam edir
ABŞ səfiri vəzifəsini icra edən Alan Persel - Orta Dəhliz istiqamətində ABŞ Gürcüstanı və bütün regionu konkret investisiyalarla dəstəkləməyə davam edir

ABŞ səfiri vəzifəsini icra edən Alan Persel Qara Dəniz Platforması çərçivəsində keçirilən konfransda Orta Dəhlizin əhəmiyyətindən danışıb, – bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayır.

Səfirliyin məlumatına əsasən,ABŞ bu istiqamətdə Gürcüstanı və bütün regionu konkret investisiyalarla dəstəkləməyə davam edir. Buna, o cümlədən, Poti yeni dəniz limanının inkişafına göstərilən mühüm töhfə və Amerika biznesləri üçün Gürcüstanın tranzit potensialının tanıdılması daxildir.

“Səfir vəzifəsini icra edən vurğuladı ki, ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında hazırlanmış TRIPP təşəbbüsü Qara dəniz regionunu daha da gücləndirəcək”, – ABŞ səfirliyinin məlumatında deyilib.