ABŞ saxlanılan əcnəbi vətəndaşların “ən pislər arasında ən pisi” siyahısını dərc edib, onların arasında  85 Rumıniya, 27 Ukrayna, 22 Ermənistan və 2 Gürcüstan vətəndaşı var
ABŞ saxlanılan əcnəbi vətəndaşların “ən pislər arasında ən pisi” siyahısını dərc edib, onların arasında  85 Rumıniya, 27 Ukrayna, 22 Ermənistan və 2 Gürcüstan vətəndaşı var

ABŞ-ın Daxili Təhlükəsizlik Departamenti müxtəlif cinayətlərə görə saxlanılan əcnəbilərin “ən pislər arasında ən pisi” adlı siyahısını dərc edib. Onların arasında iki Gürcüstan vətəndaşı da yer alır – onlar marixuana satışı və narkotiklərin saxlanmasına görə mühakimə ediliblər.

Bu elektron məlumat bazasına son 11 ay ərzində miqrasiya Xidməti tərəfindən saxlanılan əcnəbilər daxildir. Onların arasında əsasən Latın Amerikası ölkələrinin vətəndaşları var. Siyahıda 27 Ukrayna, 22 Ermənistan, 3 Azərbaycan, 18 Rusiya, 2 Belarus vətəndaşı var.

Siyahıda həmçinin Avropa İttifaqına üzv ölkələrin vətəndaşları da yer alır. Onların arasında ən çoxu — 85 nəfər Ruminya vətəndaşıdır. Onların arasında Fransa, Polşa, Portuqaliya, İspaniya, Almaniya və Yunanıstan vətəndaşları da var.