Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı yeni sanksiyaları aprelin 16-da bəyan edəcək, – Bu barədə məlumatı CBS News Niki Heyliyə istinad edərək yayır.
“Rusiyaya qarşı yeni sanksiyalar sabah bəyan ediləcək”, – Niki Heyli CBS-nin efirində bəyan etdi.
Onun dediyinə görə, sanksiyalar Əsədə texnologiyaları çatdıran müəssisələrə aid olacaq.
Buna qədər “Komersant” qəzeti məlumat yaydı ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tədbiq olunmasını planlaşdırır.