ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir
ABŞ Ukraynanın 4 regionunun qanunsuz ilhaqına cavab olaraq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir.
ABŞ-ın Xəzinədarlıq Departamentindən verilən məlumatda Rusiyanın hərbi-sənaye kompleksinin sanksiyaların hədəfinə çevrildiyi deyilir. Konkret olaraq, iki beynəlxalq təchizatçı şirkət, Rusiya maliyyə institutlarının üç rəhbəri, o cümlədən Mərkəzi Bankın rəhbəri Elvira Nabiulina. Rusiyanın yüksək rütbəli məmurlarının ailə üzvləri, o cümlədən Sergey Şoyqu, Dmitri Medvedev, Mixail Mişustin, Valentina Matvienkonun ailələri, həmçinin 278 rusiyalı deputat “qara siyahı”ya salınıb.
“Putinin Ukraynanın bəzi hissələrini fırıldaqla ilhaq etməyə çalışması fonunda, biz bir kənarda durmayacağıq. Xəzinədarlıq Departamenti və ABŞ hökuməti Rusiyanın onsuz da deqradasiyaya uğramış hərbi sənaye kompleksini daha da zəiflətmək və onun qeyri-qanuni müharibə aparmaq qabiliyyətini sarsıtmaq üçün güclü tədbirlər görür” -deyə ABŞ-ın xəzinə katibi Canet İelen bildirib.
İelen bildirib ki, ABŞ və müttəfiqləri Rusiyada və xaricdə bu müharibə və saxta “referendumlar”la əlaqəsi olan şəxslərə və şirkətlərə qarşı sərt tədbirlər görməkdən çəkinməyəcəklər.
Məlum olduğu üzrə, Rusiya prezidenti Vladimir Putin və separatçı liderlər bu gün Xerson, Zaporojie, Donetsk və Luqanskın işğal olunmuş ərazilərinin Rusiyaya daxil olmasına dair “sazişlər” imzalayıblar.