ABŞ Rusiyaya qarşı sanksiyaları müvəqqəti dayandırdı
ABŞ Rusiyaya qarşı sanksiyaları müvəqqəti dayandırdı

Rusiya Xüsusi Xidmətlərinin ABŞ-a səfərinə görə, ölkə hökuməti sanksiyaları müvəqqəti dayandırdı.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi bildirdi.

Hiter Naurtsin dediyinə görə, iş təhlükəsizlik sahəsində milli maraqlara aid olduğu zaman, ABŞ tərəfindən istisnaların edilməsi mümkündür.

ABŞ Dövlət Departamentində bəyan edirlər ki, Rusiya Xüsusi Xidmətlərinin rəhbərinin ABŞ-a səfəri, iki ölkə arasında terrorizmə qarşı mübarizə əməkdaşlığı ilə bağlıdır.

“Heç bir sirr mövcud deyil. Rusiya hökuməti ilə bir çox narazılıqlara baxmayaraq, sahələr var ki, biz birgə işləyirik. Bu sahələrdən biri terrorizmə qarşı mübarizədir”, – Dövlət Departamentinin mətbuat katibi bildirdi.

ABŞ-da səfərdə Rusiya Xarici Kəşfiyyat, Federal Təhlükəsizlik və Baş Qərargahın Baş İdarəsinin rəhbərləridirlər.