ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Rusiyaya qarşı tədbiq olunan sanksiyaları genişləndirdi. ABŞ-ın Xəzinədarlıq Departamentinin veb səhifəsində dərc olunan məlumata görə, sanksiya 19 fiziki şəxsə və bir təşkilata aiddir.

Sanksiyalar siyahısına Rusiya federal Təhlükəsizlik Xidmətinin və Kəşfiyyat İdarəsinin əmədaşları və İnternet Tədqiqatı Agentliyi düşdü.

ABŞ sanksiyalar vasitəsilə “Amerikaya qarşı çıxanlara qarşı hərəkat” qanununu işə saldı. Qeyq olunan qanuna ABŞ prezidenti, Donald Tramp keçən ilin avqustunda imza atdı.