ABŞ Rusiyaya ballistik raketlər verdiyinə görə İrana qarşı sanksiyalar tətbiq edib
Amerika Birləşmiş Ştatları Rusiyaya ballistik raketlər verdiyinə görə İrana qarşı sanksiyalar tətbiq edib.
İran və Rusiyanın 10 fiziki və 6 hüquqi şəxsi, eləcə də Tehranın Rusiyaya silah, o cümlədən pilotsuz uçuş aparatlarını tədarük etdiyi 4 gəmi ABŞ-nin Maliyyə Nazirliyi tərəfindən elan edilmiş sanksiyaların yeni siyahısına daxil edilib.
Bununla yanaşı, ABŞ İranın aparıcı aviaşirkəti “Iran Air”ə əlavə məhdudiyyətlər qoyub.
Eyni zamanda, Dövlət Departamenti üç təşkilatı sanksiyalar siyahısına daxil edib və İranın silah sistemlərinin Rusiyaya tədarükündə iştirak edən 5 gəminin müsadirəsi barədə fərman verib.
“Amerika Birləşmiş Ştatları tərəfdaşlar ilə birlikdə Ukraynaya dəstəyi davam etdirir” – ABŞ-nin Maliyyə Nazirliyində bildiriblər.
Məlumat üçün bildirək ki, Böyük Britaniya da İran və Rusiyaya qarşı özünün sanksiyalar paketini artıq elan edib.