ABŞ Rusiyanın sabiq maliyyə naziri Mixail Zadornova qarşı sanksiyaları ləğv edib
ABŞ Rusiyanın sabiq maliyyə naziri Mixail Zadornova qarşı sanksiyaları ləğv edib. “Reuters” agentliyinin yazdığına görə, bu barədə ABŞ Maliyyə Departamentinin veb səhifəsində məlumat yayılıb.
Amerikalı rəsmi şəxsin bildirdiyinə görə, qeyd olunan qərar Vaşinqtonun Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalarla bağlı mövqeyinin dəyişdiyini ifadə etmir.
Zadornov sanksiyalar siyahısına 2022-ci ildə, Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan sonra daxil edilib.
Mənbələrin məlumatına görə, Zadornov sanksiyalar siyahısından çıxarılması tələbi ilə Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinə (OFAC) müraciət edib və nəticədə sanksiyalar ləğv olunub.
Mixail Zadornov 1997-ci ildən 1999-cu ilə qədər Rusiyanın Maliyyə Nazirinin vəzifəsini icra edirdi. Daha sonra, 2018-ci ildən 2022-ci ilə qədər Rusiyanın ən iri banklarından biri olan “Otkritie”nin icraçı direktoru olub.