ABŞ-Rusiya sammiti Alyaskada, Tramp və Putinin görüşü konkret nəticəsiz başa çatdı
ABŞ-Rusiya sammiti Alyaskada, Tramp və Putinin görüşü konkret nəticəsiz başa çatdı

Tarixi sammit Alyaskada. Ankoric şəhərində ABŞ və Rusiya prezidentlərinin görüşü konkret nəticəsiz başa çatdı. Bu, Putinin Alyaskaya – 2015-ci ildən bəri isə ABŞ ərazisinə ilk səfəri idi. İki ölkə prezidentlərinin gündəliyində əsas mövzu Ukrayna münaqişəsi olub. Müzakirə edilən məsələlərdən biri də Vaşinqton və Moskva arasındakı münasibətlər idi. Görüşə Ukrayna tərəfi dəvət olunmayıb. Sammitdə tərəflər müharibənin dayandırılması ilə bağlı mövqeləri uzlaşdıra bilmədilər, lakin bildirildi ki, mühüm məsələlərdə irəliləyiş var və danışıqlar davam edəcək.