ABŞ Rusiya neftinə tətbiq edilən sanksiyaların yumşaldılmasını daha 30 gün müddətinə uzadıb
ABŞ Rusiya neftinə tətbiq edilən sanksiyaların yumşaldılmasını daha 30 gün müddətinə uzadıb

ABŞ Rusiya neftinə tətbiq edilən sanksiyaların yumşaldılmasını daha 30 gün müddətinə uzadıb. Bu barədə ABŞ-ın Maliyyə Departamenti məlumat yayır.

Qərara əsasən, ölkələr 16 maya qədər Rusiya nefti və neft məhsullarını ala biləcəklər.

Xarici Aktivlərə Nəzarət Departamentinin məlumatına görə, güzəştli icazə 17 aprel tarixinədək yüklənmiş tankerlerden həyata keçirilən Rusiya neftinin satışı, daşınması və boşaldılmasını əhatə edir.

İranda müharibə fonunda ABŞ Maliyyə Nazirliyi 12 martda 30 günlük güzəştli icazə verib. Bu qərar İranla müharibə zamanı Hörmüz boğazının bloklanmasından sonra qəbul edilib.