ABŞ Rumıniyanı vizasız səyahət proqramından çıxarıb
Rumıniya vizasız səyahət proqramından çıxarılacaq,- ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin yaydığı bəyanatında deyilib.
Donald Tramp administrasiyası Rumıniyanın vizasız proqramdan çıxarılmasını “sərhəd və immiqrasiya təhlükəsizliyini təmin etmək” və proqramın özünün etibarlılığına zəmanət vermək zərurəti ilə izah edib.
“Təhlükəsizliyi gücləndirmək məqsədi ilə Rumıniya ilə çox illik sıx əməkdaşlığa görə minnətdarıq. Gələcəkdə Rumıniyanın proqrama daxil edilməsinə yenidən baxa bilərik”, – ABŞ-ın Daxili Təhlükəsizlik Nazirinin müavini Trişa Maklaflin bildirib.