ABŞ prezidentinin xüsusi nümayəndəsi Ceff Lendri Qrenlandiyaya səfər edib
ABŞ prezidentinin xüsusi nümayəndəsi Ceff Lendri Qrenlandiyaya səfər edib

ABŞ prezidentinin Qrenlandiya məsələləri üzrə xüsusi nümayəndəsi Ceff Lendri Qrenlandiyaya səfər edib. Bu barədə Danimarka mediası yazır.

Ceff Lendri yerli sakinlərlə görüşəcəyi Nuuk şəhərinə gəlib.

“Mən gecə saatlarında Trampla danışdım və o mənə dedi: “Ora get və mümkün qədər çox dost qazan”. Mən burada dinləmək və öyrənmək üçünəm”, – deyə Lendri bildirib.

Jurnalistlər Lendridən bu səfərin Trampın Qrenlandiyanı istənilən halda ilhaq etmək planı ilə bağlı olub-olmadığını da soruşublar, o isə bunu təkzib edib.

“Mən burada sadəcə münasibətlər qurmaq, dinləmək və öyrənmək, həmçinin ABŞ, Qrenlandiya və Danimarka arasındakı əlaqələrin genişləndirilməsi imkanlarının olub-olmadığını görmək üçün varam. Bu, fantastik bir gündür”, – deyə Trampın xüsusi nümayəndəsi qeyd edib.

Danimarka mediasının yazdığına görə, Qrenlandiyaya gələn Amerika nümayəndə heyətinin üzvləri üzərində “Amerikanı yenidən möhtəşəm edək” yazısı olan papaqlar taxırlar.