ABŞ prezidenti Ukraynaya 3 milyard dollarlıq hərbi yardım ayırdığını açıqlayıb
Müstəqillik günü ilə əlaqədar ABŞ prezidenti Ukraynaya 3 milyard dollarlıq hərbi yardım ayırdığını açıqlayıb. Müvafiq bəyanatı “Ağ Ev” yayır.
“Amerika Birləşmiş Ştatları öz suverenliyini müdafiə etmək üçün mübarizəni davam etdirən Ukrayna xalqını dəstəkləməyə hazırdır. Bu öhdəliyin bir hissəsi olaraq təhlükəsizlik yardımının ən böyük tranşını qürurla elan edirəm: Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində təxminən 2,98 milyard dollar silah və avadanlıq verilib. Bu, Ukraynaya uzunmüddətli perspektivdə müdafiəni davam etdirə bilməsini təmin etmək üçün hava hücumundan müdafiə sistemləri, artilleriya sistemləri və döyüş sursatları, pilotsuz uçuş sistemləri və radarlar əldə etməyə imkan verəcək”- deyə bəyanatda deyilir.