ABŞ Prezident Administrasiyasının məlumatında Vaşinqtonun “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya verəcəyi deyilir

12:06, 21.12.2022

 
ABŞ Prezident Administrasiyasının məlumatında Vaşinqtonun “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya verəcəyi deyilir.

Bayden administrasiyasının nümayəndəsi jurnalistlərə açıqlayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri zamanı ABŞ Prezidenti Co Bayden Ukraynaya təhlükəsizlik yardımı şəklində iki milyard dollarlıq yeni paket barədə açıqlama verəcək.

Vaşinqtonda yeni yardım paketi ilə verilən “Patriot” batareyalarının Ukraynanı Rusiyanın kritik infrastruktura barbar hücumlarına qarşı müdafiə etmək üçün kritik aktiv olacağını bildiriblər. Yayılmış məlumatlarda ukraynalı hərbçilərin üçüncü ölkədə “Patriot”un istifadəsi üzrə təlimdən keçəcəkləri deyilir. ABŞ Prezident Administrasiyasında “NASAMS”, “HAWK ”, “Stingers” və PUA-lara qarşı avadanlığın yenə də prioritet olacağı deyilir.

Oxşar