ABŞ Nikolas Maduronun həbs olunmasına kömək edəcək məlumat üçün verilən mükafatı 25 milyon dollara qədər artırıb
ABŞ Venesuela prezidenti Nikolas Maduronun həbs olunmasına kömək edəcək məlumat üçün mükafatı 25 milyon dollara qədər artırıb. ABŞ hökuməti bu qərarı Maduronun andiçmə mərasimi günü açıqlayıb.
Bundan başqa, ABŞ Venesuelanın daxili işlər naziri Diosdado Kabellios və müdafiə naziri Vladimir Padrinonun saxlanılmasına görə məlumat üçün pul mükafatı təyin edib.
Venesuelada prezident seçkiləri iyul ayında keçirilib və seçki administrasiyası Nikolas Amduronu qalib elan edib. Müxalifət Nikolas Maduronun qələbəsini tanımır və o, seçkilərin qalibi olaraq öz namizədi Edmundo Qonzalesi hesab edir.
Seçkilərin nəticələrini ABŞ, Birləşmiş Krallıq, Avropa İttifaqı və Latın Amerikasının bəzi ölkəsi tanımayıb. Venesuelada seçkilərdən sonra kütləvi etiraz çıxışları keçirilib və bu zaman yüzlərlə insanı saxlayıblar.
Yanvarın 10-da Birləşmiş Krallıq, Nikolas Maduronun andiçmə mərasimi günü Venesuelanın 15 yüksək rütbəli məmuru, o cümlədən hakimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və yüksək rütbəli hərbçilərə qarşı sanksiya tətbiq edib. Hakimiyyətin bildirdiyinə görə, sanksiyaya məruz qalan şəxslər Venesuelada demokratiya və qanunun aliliyinə xələl gətirmək və insan haqlarının pozulmasına görə məsuliyyət daşıyırlar. Birləşmiş Krallığın xarici işlər katibi Devid Lemmi Maduro rejimini “fırıldaqçı” adlandırıb.