ABŞ narkokartellərlə mübarizə məqsədilə Puerto Rikoda on ədəd "F-35" tipli qırıcı təyyarə yerləşdirməyi planlaşdırır
ABŞ narkokartellərlə mübarizə məqsədilə Puerto Rikoda on ədəd "F-35" tipli qırıcı təyyarə yerləşdirməyi planlaşdırır

ABŞ narkokartellərlə mübarizə məqsədilə Puerto Rikoda on ədəd F-35 tipli qırıcı təyyarə yerləşdirəcək. Bu barədə məlumatı “Reuters” agentliyi öz mənbələrinə istinadən yayır.

Mənbənin media vasitəsinə bildirdiyinə görə, narkokartellərə qarşı əməliyyatların aparılması üçün qırıcı təyyarələr Puerto Rikodakı hava bazalarına yerləşdiriləcək. Hərbi təyyarələr bölgədə gələn həftə yerləşdiriləcək.

Avqust ayında Tramp administrasiyası Karib dənizi hövzəsinin cənub hissəsində hərbi gəmilər yerləşdirdi. 2 sentyabrda ABŞ hərbi qüvvələrinin Karib dənizində Venesueladan gələn gəmiə zərbə endirməsi nəticəsində 11 nəfər həlak oldu. ABŞ prezidenti Donald Trampın bildirdiyinə görə, həmin gəmi ilə terrorçular tərəfindən narkotikin qanunsuz daşınması həyata keçirilirdi. Bundan əvvəl, cari həftənin əvvəlində Venesuela prezidenti Nikolas Maduro bildirdi ki, ABŞ Venesuelada hərbi hədə-qorxu yolu ilə rejim dəyişikliyinə can atır.