ABŞ miqrantlara özlərini deportasiya etmələri üçün 1000 dollar təklif edir
ABŞ miqrantlara özlərini deportasiya etmələri üçün 1000 dollar təklif edir

ABŞ miqrantlara özlərini deportasiya etmələri üçün 1000 dollar təklif edir. Bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik Departamenti bəyanat yayır.

“Reuters” agentliyi məlumat yayır.

“Ölkəni könüllü tərk edən miqrantlar üçün yardım və mümkün aviabilet xərcləri real deportasiyadan daha ucuza başa gələcək”, – ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin bəyanatında qeyd edilib.

Qeyri-qanuni statusa malik şəxsin saxlanılması və deportasiyası üçün orta xərc hazırda 17 min dollar təşkil edir.

“Əgər qeyri-qanuni buradasınızsa, özünü deportasiya etmək, ABŞ-ı tərk etmək və həbsdən qaçmaq üçün ən yaxşı, ən təhlükəsiz və ən sərfəli yoldur”, – Daxili Təhlükəsizlik katibi Kristi Noem bildirib.

Bundan əvvəl Tramp administrasiyası özünü deportasiya etməyi asanlaşdırmaq üçün CBP Home adlı proqram təqdim edib