ABŞ Mərkəzi Komandanlığının bildirdiyinə görə, ABŞ qüvvələri üç İran tankerinə zərbə endirib
ABŞ Mərkəzi Komandanlığının bildirdiyinə görə, ABŞ qüvvələri üç İran tankerinə zərbə endirib.
Bəyanatda deyilib ki, ABŞ tankerlərə zərbələri “İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki hərbi gəmisinə hücum etməsindən sonra endirib.
Onların məlumatına görə, İranın hücumu zamanı amerikalı heyət xəsarət almayıb.
“ABŞ Mərkəzi Komandanlığının qüvvələri sentyabrın 5-də, “İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun regional sularda patrul xidməti həyata keçirən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki hərbi gəmi istiqamətində ballistik raketlər atmasından sonra üç İran neft tankerinə zərbə endirib. ABŞ-ın təyyarədaşıyan gəmisi və idarəolunan raket esminesi İranın çoxsaylı əsassız hücumlarının qarşısını uğurla alıb. Amerikalı heyət üzvlərindən heç biri xəsarət almayıb”, – bəyanatda deyilib.
Onların məlumatına görə, ABŞ qüvvələri Xarq adası yaxınlığında iki İran neft tankerinə zərbə endirib, bununla yanaşı, Oman körfəzində daha bir yüksüz neft tankerini tamamilə məhv edib.
Mərkəzi Komandanlığın bildirdiyinə görə, hər üç tanker “İran İslam İnqilabı Keşikçiləri Korpusu” maliyyələşdirən “kölgə donanması”nın bir hissəsi olub.