ABŞ Mərkəzi Komandanlığı Xarq adasındakı 90-dan çox hərbi obyektə hücum edildiyini bildirib
ABŞ Mərkəzi Komandanlığının bildrdiyinə görə, Xarq adasında 90-dan çox hərbi obyektə hücum edilib.
Bu barədə Mərkəzi Komandanlıq sosial şəbəkədə bəyanat yayıb.
“Ötən gecə ABŞ qüvvələri İranın Xarq adasına genişmiqyaslı, dəqiq zərbə həyata keçirib. Zərbə nəticəsində dəniz mina anbarları, raket anbarları, bunkerlər və çoxsaylı digər hərbi obyektlər məhv edilib. ABŞ qüvvələri neft infrastrukturunu qoruyarkən Xarq adasında 90-dan çox İran hərbi hədəfinə uğurla hücum edib”, – deyə bəyanatda qeyd edilib.
Daha əvvəl ABŞ prezidenti sosial şəbəkədə Amerika qüvvələrinin İranın əsas neft terminalının yerləşdiyi Xarq adasına hücum etdiyini yazdı. Donald Tramp bu zərbəni Yaxın Şərq tarixindəki ən güclü bombardmanlardan biri kimi xarakterizə etdi.