ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazı istiqamətində buraxılan bir neçə İran dronunu vurduğunu bildirir
ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, Hörmüz boğazı istiqamətində buraxılan bir neçə İran dronu vurulub. Bu barədə “X” sosial şəbəkəsində dərc olunan bəyanatda qeyd olunub.
“Bir neçə dəqiqə əvvəl ABŞ Mərkəzi Komandanlığının qüvvələri Hörmüz boğazı istiqamətində buraxılmış İranın dörd kamikadze (birdəfəlik istifadə olunan hücum) dronunu vurub. Sözügedən dronlar regionda dəniz nəqliyyatı üçün təhlükə yaradırdı. Bundan sonra ABŞ qüvvələri növbəti hücumların qarşısını almaq və dəniz təhlükəsizliyini qorumaq məqsədilə İranın Qoruk və Qeşm adasındakı sahilyanı kəşfiyyat radarlarının mövqelərinə zərbələr endirib. ABŞ qüvvələri tam döyüş hazırlığı vəziyyətində qalır və özünümüdafiə məqsədilə İranın istənilən əsassız təcavüzünə cavab verməyə hazırdır”, – bəyanatda qeyd edilib.