ABŞ Maliyyə Nazirliyi ABŞ-ın özəl “Vaqner” rus hərbi şirkətini transmilli cinayət təşkilatı kimi tanıması ilə bağlı məlumat yayır
A man wearing military camouflage stands at the entrance of the 'PMC Wagner Centre', associated with the founder of the Wagner private military group (PMC) Yevgeny Prigozhin, during the official opening of the office block on the National Unity Day, in Saint Petersburg, on November 4, 2022. (Photo by Olga MALTSEVA / AFP) (Photo by OLGA MALTSEVA/AFP via Getty Images)
ABŞ minlərlə döyüşçüsü Ukraynada döyüşən özəl “Vaqner” rus hərbi şirkətini transmilli cinayət təşkilatı kimi tanıyıb. Bu barədə Amerikanın Maliyyə Nazirliyi məlumat yayır.
ABŞ “Vaqner” qrupunun rəhbəri Yevqeni Priqojin və döyüşçülərə qarşı əlavə sanksiyalar tətbiq edib. Sanksiyalar qrupun ABŞ-dakı istənilən aktivlərinin dondurulmasını, eləcə də fiziki şəxslər tərəfindən “Vaqner”ə vəsait, mal və xidmətlər təqdim edilməsinin qadağan edilməsini əhatə edir.
Pentaqonda açıqlandığı üzrə, “Vaqner”in üzvləri həm Ukraynada, həm də dünyanın digər yerlərində insan hüquqlarını pozur, vəhşiliklər törədirlər. ABŞ-da hazırda Ukraynada 50.000 “Vaqner” döyüşçüsünün olduğu, onlardan 40.000-nin məhkum olduğu hesab edilir.
Bununla yanaşı, ABŞ-da açıqlandığı üzrə, “Vaqner”in Şimali Koreyadan silah, o cümlədən raketlər almasına dair sübutlar artıq BMT-yə verilib.