ABŞ kəşfiyyatının rəyinə görə, Tehran Amerikanın dəniz blokadasına daha dörd ay tab gətirə biləcək
ABŞ kəşfiyyatının rəyinə görə, Tehran Amerikanın dəniz blokadasına daha dörd ay tab gətirə biləcək

ABŞ kəşfiyyatının rəyinə görə, Tehran ABŞ-ın dəniz blokadasına daha dörd ay tab gətirə biləcək. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qiymətləndirməsinə görə, hərbi əməliyyat İran liderlərini təslim olmağa məcbur edə bilməyib.

Bu barədə kəşfiyyat agentliyinin rəyi ilə tanış olan ABŞ rəsmilərindən biri bildirib.

Kəşfiyyat təhlili göstərir ki, Trampın səylərinə baxmayaraq, Fars körfəzindəki münaqişə tezliklə bitməyə bilər.

“Reuters” yazır ki, son günlərdə Hörmüz boğazında və yaxınlığında irimiqyaslı toqquşmalar qeydə alınıb.

Hücumda Birləşmiş Ərəb Əmirlikləri də hədəfə çevrilib.

Bununla yanaşı, “Reuters” agentliyinin məlumatına görə, Vaşinqton İranın nüvə proqramı da daxil olmaqla, qalan məsələlər üzrə danışıqlara başlamazdan əvvəl Tehranın müharibəyə son qoyacaq ABŞ təklifinə cavab verməsini gözləyir.

“Bu gün bir şey eşitməliyik”, – ABŞ dövlət katibi Marko Rubio Romada jurnalistlərə bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsünün bildirdiyinə görə, Tehran hələ də cavabı nəzərdən keçirir.