ABŞ istisna olaraq Macarıstan və Türkiyəyə qazın qiymətini “Qazprombank” vasitəsilə ödəməyə icazə verdi

20:38, 20.12.2024

ABŞ istisna olaraq Macarıstan və Türkiyəyə qazın qiymətini “Qazprombank” vasitəsilə ödəməyə icazə verdi. Bu barədə Macarıstanın xarici işlər naziri Piter Siyarto bildirib.

“Bu gün onlar “Qazprombank”la bağlı qaz ödənişləri üçün istisna təşkil etdilər, bu da yaxşı xəbərdir, lakin biz regional müttəfiqlərimizlə birgə həll yolu işləyib hazırlamışıq – sanksiyaları pozmayan, lakin qaz ödənişlərinə imkan verən alternativ ödəniş üsulu”, – Siyarto bildirib.

Türkiyənin energetika naziri Alparslan Bayraktarın bildirdiyinə görə, ABŞ Türkiyəni Rusiya “Qazprombank”a qarşı sanksiyalardan azad etdi və bu da, Ankaraya qazın idxal vergisini ödəməyə imkan verir.

Məlumat üçün bildirək ki, Ukraynada genişmiqyaslı müharibə ilə əlaqədar noyabr ayında ABŞ qaz ödənişinin həyata keçirildiyi ölkənin ən böyük banklarından biri olan Rusiyanın “Qazprombank”ına yeni sanksiyalar tətbiq etdi.

Oxşar