ABŞ İranla əlaqəli olan Türkiyə bankına və onun iki törəmə şirkətinə sanksiya tətbiq edib

20:45, 04.09.2026

ABŞ İranla əlaqəli olan Türkiyə bankına və onun iki törəmə şirkətinə sanksiya tətbiq edib. Bu barədə məlumatı “Reuters” yayır.

ABŞ Maliyyə Nazirliyi İstanbulda yerləşən “Golden Global Yatirim Bankasi Anonim Şirketi” investisiya bankını, “Golden Global Portfoy Yonetimi Anonim Şirketi” aktivlərin idarə edilməsi şirkətini və “Golden Global Varlik Kiralama Anonim Şirketi” aktivlərin lizinqi şirkətini sanksiyalar siyahısına daxil edib. Bu, onların ABŞ dollarına əsaslanan maliyyə sisteminə çıxışının artıq olmayacağı deməkdir.

Bununla yanaşı, Maliyyə Departamenti sanksiya tətbiq edilmiş bank və onun törəmə şirkətləri ilə mövcud əməliyyatların dayandırılması üçün lisenziya verib.

“Reuters”in yazdığına görə, bu, Tramp administrasiyasının İrana qarşı iqtisadi təzyiqləri gücləndirməyə yönəlmiş kampaniyasının son mərhələsidir.

Məlumat üçün bildirək ki, ötən həftə Vaşinqton Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Misirin “Banque Misr” filiallarına İranla sövdələşmələrinə görə ABŞ dolları ilə əməliyyatlar aparmağı qadağan edib.

Oxşar