ABŞ İranın Nətənz nüvə obyektinə bunker əleyhinə sursatlarla zərbə endirib
ABŞ İranın Nətənz nüvə obyektinə bunker əleyhinə sursatlarla zərbə endirib. Bu barədə İsrail mediası məlumat yayır.
İranın Atom Enerjisi Agentliyinin məlumatına görə, ərazidə keçirilən baxış zamanı radioaktiv çirklənmə və ya sızma izləri müşahidə olunmayıb.
BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi ABŞ və İsraili nüvə hadisələrinin qarşısını almaq üçün nüvə obyektlərinin yaxınlığında “hərbi təmkin” göstərməyə çağırır.
Qeyd etmək lazımdır ki, 2025-ci ilin iyun ayında ABŞ tərəfindən Fordo və Nətənz yeraltı nüvə obyektlərinə həyata keçirilən kütləvi hava hücumu zamanı onlarla GBU-57 tipli bomba atılıb.