ABŞ İrana qarşı yeni sanksiyalar tədbiq etdi
ABŞ İrana qarşı yeni sanksiyalar tədbiq etdi

ABŞ İrana qarşı yeni sanksiyalar tədbiq etdi.

ABŞ Xəzinədarlıq Departamentinin rəsmi veb səhifəsində dərc olunan məlumata görə, “qara siyahıya” Mahan Air və Meraj Air ilə əlaqədə olan doqquz İran və Türkiyə aviaşirkəti düşdü.

Daha dəqiq olaraq, sanksiyalar Dena Airways, Blue Airways – İran aviaşirkətlərinə və Trigron Lojistik,  RA Havacilik, 3G Lojistik və Otik Aviation – Türkiyə aviaşirkətlərinə qarşı tədbiq olundu. Bundan başqa məhdudiyyət iki İran və bir Türkiyə vətəndaşına qarşı tədbiq edildi.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl ABŞ-ın dövlət katibi, Mayk Pompeo İranı, kursunu dəyişmədiyi təqdirdə sərt sanksiyaların təbdiq olunması ilə hədələdi.

Buna qədər, mayın 8-də Tramp İran nüvə razılaşmasında çıxması barəsində bəyan etdi.