ABŞ İrana qarşı 30-dan çox fiziki və hüquqi şəxsə təsir edəcək yeni sanksiyalar paketini açıqlayıb
ABŞ İrana qarşı 30-dan çox fiziki və hüquqi şəxsə təsir edəcək yeni sanksiyalar paketini açıqlayıb

ABŞ İrana qarşı 30-dan çox fiziki və hüquqi şəxsə təsir edəcək yeni sanksiyalar paketini açıqlayıb.

ABŞ Maliyyə Nazirliyi bu şəxslərin iranlı qardaşlar Mansur, Nassar və Fazlolah Zaringhalam ilə əlaqəli olduğunu izah edir. Bəyanatda qeyd olunur ki, qardaşlar milyardlarla dolları gizli şirkətlər vasitəsilə yuyublar və İran bu şəbəkədən sanksiyalardan yayınmaq üçün istifadə edir.

ABŞ hesab edir ki, bu şəbəkə İrana nüvə proqramlarını maliyyələşdirməyə və Yaxın Şərqdəki hərbi qruplaşmaları dəstəkləməyə kömək edir.

ABŞ Maliyyə Nazirliyinin bildirdiyinə görə, şəbəkəyə daxil olan gizli şirkətlər İran neftini satan, sanksiyaya məruz qalmış İran qurumlarına ödənişləri asanlaşdırmaq üçün müxtəlif banklarda müxtəlif valyutalarda hesablar açır.

Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp son aylar ərzində İrana təzyiqi artırıb.