ABŞ-ın yeddi ştatında havanın pisləşməsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
ABŞ-da güclü qar və şaxta ilə mübarizə aparırlar. Havanın pisləşməsi ilə əlaqədar yeddi ştatda fövqəladə vəziyyət elan edilib. Vaşinqtonda məktəblər, ofislər bağlanıb. Həmçinin Kanzas ştatında iki, Missuri ştatında isə bir nəfər güclü qar yağışı səbəbindən avtomobil qəzasında həlak olub.
Yerli hakimiyyət sakini bayıra çıxmamağa çağırır.
Vaşinqton da daxil olmaqla, Amerika miqyasında 1700-ə yaxın uçuş ləğv edilib.
Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Vaşinqtonda pis hava şəraiti Respublikaçı Donald Trampın prezident olaraq seçilməsini rəsmən təsdiqləmək üçün konqresin toplantısına mane olmayacaq.