ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistana səfər edib
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistana səfər edib

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistana səfər edib. Məlum olduğu kimi, ABŞ-ın vitse-prezidenti həyat yoldaşı və nümayəndə heyətinin üzvləri ilə birlikdə Ermənistandadır. Nümayəndə heyətinin üzvləri arasında ABŞ-ın İqtisadi Məsələlər üzrə Dövlət Katibinin müavini Ceykob Helberq də var. Bu axşam Vens Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək və görüşdən sonra isə birgə bəyanatın verilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, ABŞ-ın vitse-prezidenti sabah Azərbaycana səfər edəcək.

Vensin iki ölkəyə səfərinin məqsədi ABŞ Prezidenti tərəfindən sülhün bərqərar olunmasına yönəlmiş səylərə dəstək vermək və həmçinin “Tramp marşrutu — beynəlxalq sülh və rifah üçün” layihəsini irəli aparmaqdır. Bu layihə Ermənistan ərazisindən keçən və Azərbaycanı onun tərkibində olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən nəqliyyat marşrutunun inkişafını nəzərdə tutur. Layihə ABŞ və Ermənistanın iştirakı ilə infrastrukturun qurulmasına cavabdeh olacaq birgə şirkətin yaradılmasını nəzərdə tutur.