ABŞ-ın Rusiyadaki səfirliyi öz vətəndaşlarına pilotsuz uçuş aparatları təhlükəsi ilə bağlı xəbərdarlıq edir

22:06, 18.06.2026
FILE In this file photo taken on Tuesday, April 20, 2021, A security staff patrols the U.S. Embassy in Moscow, Russia. Today was the last day of work for all locally employed staff at the US embassy in Moscow, which is a big blow and a sign the Russians aren't willing to back down even after Biden-Putin meeting in Geneva last month and Sherman-Ryabkov in Geneva earlier this week. (AP Photo/Pavel Golovkin, File)

ABŞ-ın Rusiyadaki səfirliyi öz vətəndaşlarına pilotsuz uçuş aparatları təhlükəsi ilə bağlı xəbərdarlıq edir. Müvafiq bəyanat səfirliyin rəsmi veb səhifəsində dərc olunub.

Bəyanatda deyilib ki, Rusiyanın böyük şəhərlərinə dron və pilotsuz uçuş aparatları ilə hücum edildiyi təqdirdə, ABŞ vətəndaşları yerli hakimiyyət orqanlarının təlimatlarına əməl etməli və sığınacaq tapmalıdırlar.

“Pilotsuz uçuş aparatlarının və ya dronların hücumları və partlayışları Ukrayna sərhədi yaxınlığında, həmçinin Rusiyanın böyük şəhərlərində, o cümlədən Moskva, Kazan və Sankt-Peterburqda baş verib. Fövqəladə halda, Rusiyanın yerli hakimiyyət orqanlarının təlimatlarına əməl etməli və sığınacaq tapmalısınız. Pilotsuz uçuş aparatı və ya dron gördüyünüz təqdirdə, dərhal uzaqlaşın və ehtiyac yarandığı təqdirdə sığınacaq tapın. Pilotsuz uçuş aparatına, onun qalıqlarına və ya pilotsuz uçuş aparatı tərəfindən atılmış əşyalara yaxınlaşmayın, toxunmayın və onların şəklini çəkməyin”, – bəyanatda deyilib.

Bununla yanaşı, səfirlik bildirir ki, Rusiya qanunvericiliyi dron hücumlarının nəticələrini əks etdirən foto və ya videoların, o cümlədən pilotsuz uçuş aparatlarının və ya onların hissələrinin şəkillərinin paylaşılmasını və ya dərc edilməsini qadağan edir. Onlar ABŞ vətəndaşlarına xəbərdarlıq edirlər ki, bu qanun pozuntusu cərimə və ya azadlıqdan məhrum etmə ilə nəticələnə bilər.

“ABŞ vətəndaşlarına Rusiyaya səfər etməməyi bir daha tövsiyə edir və bunu qəti şəkildə xatırladırıq”, – bəyanatda deyilib.

Oxşar