ABŞ-ın Qrenlandiyada kəşfiyyat məlumatları toplaması ilə bağlı məlumatların yayılmasından sonra ABŞ-ın səfiri Danimarkanın Xarici İşlər Nazirliyinə çağırılıb
ABŞ-ın Qrenlandiyada kəşfiyyat məlumatları toplaması ilə bağlı məlumatların yayılmasından sonra ABŞ-ın səfiri Danimarkanın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə “Euronews” məlumat yayır.
Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen Amerikanın “The Wall Street Journal” nəşrinin yaydığı məlumatı narahatedici adlandırıb və qeyd edib ki, dostlar bir-birinə qarşı casusluq fəaliyyəti ilə məşğul olmamalıdırlar.
Amerikan mediasına görə, Vaşinqton Qrenlandiyada kəşfiyyat məlumatının toplanması işini gücləndirib. Medianın məlumatına görə, Milli Kəşfiyyatın direktoru Tulsi Qabbardın tabeliyində olan bir neçə yüksək vəzifəli şəxs ABŞ kəşfiyyat orqanlarının rəhbərlərinə “bildiriş göndərib” və daha sonra onlara Qrenlandiyanın müstəqillik hərəkatını və ABŞ-ın Danimarka ərazisində resursların əldə edilməsi ilə bağlı münasibətlərin öyrənilməsi tapşırılıb.