ABŞ-ın Qrenlandiya məsələləri üzrə xüsusi nümayəndəsi - Qrenlandiyanı ABŞ-ın bir hissəsi etmək üçün bu vəzifədə çalışmaq mənim üçün böyük şərəfdir
ABŞ-ın Qrenlandiya məsələləri üzrə xüsusi nümayəndəsi - Qrenlandiyanı ABŞ-ın bir hissəsi etmək üçün bu vəzifədə çalışmaq mənim üçün böyük şərəfdir

Qrenlandiyanı ABŞ-ın bir hissəsi etmək üçün bu vəzifədə çalışmaq mənim üçün böyük şərəfdir, – Bu barədə Donald Tramp tərəfindən Qrenlandiya məsələləri üzrə xüsusi nümayəndə təyin edilmiş Luiziana ştatının qubernatoru Ceff Lendri bildirib.

“Donald Trampa təşəkkür edirəm. Qrenlandiyanı ABŞ-ın bir hissəsi etmək üçün bu vəzifədə sizə xidmət etmək böyük şərəfdir. Bu, mənim Luiziana ştatının qubernatoru vəzifəsindəki mövqeyimə heç bir şəkildə təsir etməyəcək”, – Lendri sosial şəbəkədə yazır.

Məlumat üçün bildirək ki, bu gün ABŞ prezidenti Donald Tramp Qrenlandiya məsələləri üzrə xüsusi nümayəndə təyin edib.

Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiyanın baş naziri Yens-Fredrik Nilsen ABŞ prezidentinin Qrenlandiya məsələləri üzrə xüsusi nümayəndə təyin etməsinə birgə bəyanatla münasibət bildiriblər. Onların sözlərinə görə, Qrenlandiya qrenlandiyalılara məxsusdur, ABŞ Qrenlandiyanı zəbt etməməlidir.