ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana səfər edib
ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana səfər edib

 

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana səfər edib. Onun təyyarəsi bir az bundan əvvəl Taypey hava limanına eniş edib.

Pelosi, Tayvan hökumətinin nümayəndəsi ilə görüşməyi planlaşdıran konqres heyəti ilə birlikdə Taypeyə səfər edib.

Pekin ABŞ Nümayəndələr Palatasının spikerinin səfərinin ABŞ və Çin arasında gərginliyə səbəb olacağı ilə əlaqədar dəfələrlə Vaşinqtona xəbərdarlıq edib.

Nensi Pelosinin Tayvana səfəri fonunda Çin iki təyyarədaşıyan gəmini dənizə çıxarıb, Fudzian əyalətində isə ballistik raketlər atıb.

Pelosinin səfəri planlaşdırılmamışdı. O, Asiya turu çərçivəsində Tayvana səfər edib.

Pekin Tayvanı öz ərazisi hesab edir, lakin o, əslində nə adaya, nə də Tayvan hökumətinə nəzarət etmir. ABŞ Nümayəndələr Palatasının spikeri Tayvana sonuncu dəfə 1997-ci ildə səfər edib. Nyut Qinqriç o vaxt Çinə səfər etdikdən sonra adaya səfər etmişdi. Pekinin reaksiyası o zaman belə sərt deyildi.