ABŞ-ın Nümayəndələr Palatası 2023-cü ilin büdcəsini təsdiqləyib
ABŞ-ın Nümayəndələr Palatası həcmi 1,7 trilyon dollar olan 2023-cü ilin büdcəsini təsdiqləyib. 225 səs lehinə, 201 səs əleyhinə-konqresmenlər qanun layihəsini dəstəkləyiblər.
Sözügedən büdcə Ukraynaya yardım üçün ayrılmalı olan 45 milyard dollarlıq paketi əhatə edir. Vəsaitin 13 milyard dolları iqtisadi yardıma, 23 milyard dolları isə hərbi yardıma ayrılacaq.
Sənəd gecə yarısına qədər prezident Co Bayden tərəfindən imzalanmalıdır, bundan sonra da qüvvəyə minəcək.
Qanun layihəsi Nümayəndələr Palatasına qədər, Senatda səsə qoyulub.