ABŞ-ın Kopenhagendəki səfirliyi yaxınlığında Tramp administrasiyasının Qrenlandiya ilə bağlı planlarına qarşı etiraz aksiyası keçirilir
ABŞ-ın Kopenhagendəki səfirliyi yaxınlığında Tramp administrasiyasının Qrenlandiya ilə bağlı planlarına qarşı etiraz aksiyası keçirilir.
Danimarkanın TV 2 televiziya şirkətinin məlumatına görə, nümayişə bir neçə yüz insan toplaşıb.
Etiraz aksiyasının bəzi iştirakçısı əllərində “ABŞ geri çəkil” və “Qrenlandiya satılmır” yazılı lövhələr tutur.
Analoji etiraz aksiyasının bu gün Danimarkanın Orhus şəhərində keçirilməsi planlaşdırılır.
ABŞ səfirliyində nümayişin keçirilməsi vitse-prezident Cey Di Vensın Qrenlandiyaya səfərindən sonra planlaşdırılıb.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Qrenlandiyaya səfəri zamanı bildirib ki, Danimarka Qrenlandiya xalqı üçün yaxşı iş görməyib.
Onun dediyinə görə, Danimarka Qrenlandiyanın təhlükəsizliyinə kifayət qədər sərmayə qoymayıb.