ABŞ-ın İndiana ştatında fırtına və daşqınlar nəticəsində azı altı nəfər həlak olub

11:22, 16.08.2026

ABŞ-ın İndiana ştatında fırtına və daşqınlar nəticəsində azı altı nəfər həlak olub. Bu barədə “ABC News” yazır. Həyatını itirənlər arasında Cenninqs vilayətindən olan dörd yaşlı oğlan uşağı da var. Uşaq güclü fırtına zamanı evinin üzərinə ağac aşması nəticəsində dünyasını dəyişib. Departamentin məlumatına görə, həlak olanlar arasında həmçinin 19 yaşlı gənc və 58 yaşlı qadın da var.

Medianın xəbər verdiyinə görə, xüsusilə İndianapolis rayonunda vəziyyət ağır olub, burada fövqəladə hallar xidmətləri daşqınlar səbəbindən onlarla insanı təxliyə edib. İndiana qubernatoru Mayk Braun bu həftənin əvvəlində ştatda fövqəladə vəziyyət elan edib. Braunun sözlərinə görə, o, sözügedən məsələ ilə bağlı ABŞ Prezidenti Donald Trampla danışıb və prezident ştat üçün federal yardımın ayrılmasına razılıq verib.

İndianada təxminən 150 000 abonent hələ də elektrik enerjisiz qalır. İndiana Fövqəladə Halların İdarə Olunması Departamentinin rəhbəri Conatan Uitem bildirib ki, daşqınlar yaxın 24 saat ərzində yenə də ciddi problem olaraq qalacaq.

Bununla yanaşı, İndianapolis meri Co Hoqset bildirib ki, şəhər onilliklər ərzində bu miqyasda daşqın görməyib.

Oxşar