ABŞ-ın immiqrasiya xidməti Corcia ştatında yerləşən “Hyundai” zavodunda reyd zamanı 475 nəfəri saxlayıb, Cənubi Koreyanın Xarici İşlər Nazirliyi hadisə ilə bağlı narahatlığını ifadə edib və obyektə diplomatlar göndərib
ABŞ-ın immiqrasiya xidməti Corcia ştatında yerləşən “Hyundai” zavodunda reyd zamanı 475 nəfəri saxlayıb, Cənubi Koreyanın Xarici İşlər Nazirliyi hadisə ilə bağlı narahatlığını ifadə edib və obyektə diplomatlar göndərib

ABŞ-ın immiqrasiya xidməti Corcia ştatında yerləşən “Hyundai” zavodunda reyd zamanı 475 nəfəri saxlayıb, – bu barədə „BBC” yazır.

Hakimiyyətin bildirdiyinə görə, saxlanılanların əksəriyyəti Cənubi Koreya vətəndaşlarıdır.

ABŞ Daxili Təhlükəsizlik Departamenti „BBC”yə bildirib ki, agentlər “qanunsuz məşğulluq praktikası və digər ciddi federal cinayətlər” ittihamı ilə axtarış qərarını icra etdilər.

“Bu, əslində tarixdə eyni yerdə həyata keçirilən ən böyük istintaq əməliyyatı idi”, – xüsusi agent Stiv Şrank bildirib.

Zavod, Koreyalı avtomobil istehsalçısı şirkət tərəfindən elektrik avtomobillərinin istehsalı üçün inşa edilib və bir il ərzində fəaliyyət göstərirdi.

Cənubi Koreya Xarici İşlər Nazirliyi qeyd olunan faktla bağlı narahatlığını ifadə edib və hadisə yerinə diplomatlar göndərib. Həmçinin, hökumət Amerikanın Seuldakı səfirliyini Cənubi Koreya vətəndaşlarının hüquqları ilə bağlı ehtiyatlı davranmağa çağırıb.

Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Koreyalı investisiya şirkətlərinin iqtisadi fəaliyyəti və koreyalı vətəndaşların hüquq və maraqları ABŞ əməliyyatları zamanı haqsız yerə pozulmamalıdır”, – Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Avtomobil istehsalçısı şirkət bildirib ki, obyektdə baş verən insident barədə məlumatlıdır və “müəyyən şəraitlərin aydınlaşdırılması üzərində işləyirlər.”