ABŞ-ın hərbi qüvvələri Sakit okeanın şərq hissəsində narkotik daşıyan gəmiyə hücum həyata keçiriblər
ABŞ-ın hərbi qüvvələri Sakit okeanın şərq hissəsində narkotik daşıyan gəmiyə hücum həyata keçiriblər, nəticədə üç nəfər həlak olub. Bu barədə “Reuters” yazır.
“Kəşfiyyat gəminin Sakit okeanda məlum narkotrafik marşrutu ilə hərəkət etdiyini və narkotik ticarəti əməliyyatlarında iştirak etdiyini təsdiqləyib”, – ABŞ-ın hərbi qüvvələrinin bəyanatında deyilib.
Hərbçilərin məlumatına görə, əməliyyat nəticəsində “üç narkoterrorçu” həlak olub.
Bununla yanaşı, bəyanatda Amerika qüvvələrinin heç bir itki vermədiyi və heç bir hərbçinin xəsarət almadığı vurğulanır.
“Reuters” yazır ki, bu, son bir neçə gün ərzində narkotik daşıyan gəmilərə edilən hücumla bağlı ikinci hadisədir.