ABŞ-ın federal məhkəməsi Prezident Donald Tramp tərəfindən tətbiq olunan rüsumları qanunsuz hesab edərək onları blokladı
ABŞ-ın federal məhkəməsi Prezident Donald Tramp tərəfindən tətbiq olunan rüsumları qanunsuz hesab edərək onları blokladı

ABŞ-ın federal məhkəməsi Prezident Donald Tramp tərəfindən tətbiq olunan rüsumları qanunsuz hesab edərək onları blokladı.

Məhkəmə ABŞ prezidentinin səlahiyyətlərini aşdığına müəyyən etdi. Qərar beynəlxalq ticarət işlərinə baxan Manhetten Federal Məhkəməsi tərəfindən qəbul edilib.

Üç hakimdən ibarət kollegiya hesab etdi ki, Prezident Donald Trampın rüsumların tətbiqi üçün əsas kimi istifadə etdiyi Xüsusi İqtisadi Səlahiyyətlər Qanunu ona demək olar ki, bütün dünya üzrə rüsumlar tətbiq etmək hüququ vermir.

ABŞ Konstitusiyasına görə, yalnız Konqresin tariflər tətbiq etmək hüququ var.

Xüsusilə, söhbət Donald Trampın Kanada və Meksikadan idxal etdiyi mallara 25 faizlik, Çindən 20 faizlik, bütün ölkələrə tətbiq etdiyi 10 faizlik rüsumundan gedir.

Məhkəmə həmçinin 9 iyulda qüvvəyə minməli olan, 60 ölkənin məhsullarına tətbiq olunacaq 20%-dən 50%-dək “iki tərəfli” tarifləri ləğv etdi.

Federal məhkəmənin qərarının açıqlanmasından sonra Donald Trampın administrasiyası apellyasiya məhkəməsinə şikayət verdi.