ABŞ-ın Ədliyyə Departamenti seçki öncəsi kampaniya zamanı Donald Trampa sui-qəsd cəhdinə görə bir İran vətəndaşına və daha iki şəxsə ittiham irəli sürüb

22:50, 08.11.2024

ABŞ-ın Ədliyyə Departamenti seçki öncəsi kampaniya zamanı seçilmiş prezident Donald Trampa sui-qəsd cəhdinə görə bir İran vətəndaşına və daha iki şəxsə qarşı  ittiham irəli sürüb. Bu barədə “CNN” məlumat yayır.

Medianın məlumatına əsasən, sui-qəsd planına prezident seçkiləri öncəsi Trampın öldürülməsi daxil idi.

Ədliyyə Departamenti 51 yaşlı İran vətəndaşı Fərhad Şakeriyə qarşı ittihamı dərc edib və onun Trampı öldürmək üçün plan hazırlamaq tapşırığı aldığını bildirib. ABŞ hökuməti Şakerin saxlanılmadığını bildirir və İranda olduğunu ehtimal edirlər.

Nyu-Yorkun Cənub vilayətinin prokuroru Damian Williams bildirib ki, İran hökuməti bu şəxslərə ABŞ vətəndaşlarını, o cümlədən seçilmiş prezident Trampı, ABŞ ərazisində və onun hüdudlarından kənarda hədəfə almağı əmr edib. İranlı Fərhad Şakeri ilə bərabər Nyu-Yorkda yaşayan ABŞ vətəndaşları Karlayl Rivera və Conatan Lodholt ittiham olunurlar.

Oxşar