ABŞ-ın Dövlət Departamenti - İdlibdə baş verənlərlə bağlı şokdayıq və Türkiyəyə dəstək veririk
ABŞ-ın Dövlət Departamenti - İdlibdə baş verənlərlə bağlı şokdayıq və Türkiyəyə dəstək veririk

Amerika Birləşmiş Ştatları İdlib əyalətində türk əsgərlərinə edilən hücuma görə şokdadır və NATO-nun üzvü olan Türkiyəyə dəstək verdiyini bildirir, – bu barədə ABŞ Dövlət Departamenti tərəfindən yayılan məlumatda deyilir.

“Biz NATO-lu müttəfiqimiz olan Türkiyəyə dəstək veririk. Əsəd rejiminə, Rusiya və İran tərəfindən dəstəklənən qüvvələrə isə, müraciət edirik ki, bu dəhşətli hücumları dayandırsınlar” – deyilir Dövlət Departamentinin bəyanatında.

İdlibdə türk əsgərlərinin kolonasına Suriyə Aviasiyası tərəfindən həyata keçirilən hücum nəticəsində 33 terk əsgəri həlak oldu, 35 isə, ağır yaralandı.

Hücum Türkiyə kolonasına bir neçə saat öncə baş verdi.

Bu hücuma cavab olaraq, Türkiyə Suriyənin iqtidar mövqelərinə hücuma başladı.