ABŞ-ın BMT-dəki səfiri vəzifəsini icra edən - ABŞ, hava məkanının həyəcanverici şəkildə pozulması fonunda NATO müttəfiqlərini dəstəkləyir – biz NATO ərazisinin hər santimetrini müdafiə edəcəyik
BMT Təhlükəsizlik Şurasının Polşanın hava məkanına Rusiya dronlarının müdaxiləsinin müzakirə olunduğu iclasında ABŞ nümayəndəsi bildirib ki, ABŞ NATO ərazisinin hər bir santimetrini müdafiə etməyə hazırdır.
ABŞ-ın BMT-dəki səfiri vəzifəsini icra edən Doroti Şi NATO müttəfiqlərinə dəstəyini bildirib. Onun sözlərinə görə, Rusiyanın ABŞ-ın müttəfiqinin hava məkanını pozması, müharibənin bitməsi istiqamətində göstərilən ABŞ səylərinə hörmətsizlik göstərir.
“ABŞ, hava məkanının həyəcanverici şəkildə pozulması fonunda NATO müttəfiqlərini dəstəkləyir. Birləşmiş Ştatlar Şimali Atlantika Müqavilənin 4-cü maddəsinə müvafiq olaraq Polşa və digər NATO müttəfiqlərimizlə məsləhətləşmələr aparır. Əmin olun ki, biz NATO ərazisinin hər bir santimetrini müdafiə edəcəyik. Bu insident, Birləşmiş Ştatların son həftələrdə müharibənin bitməsi məqsədilə göstərdiyi xüsusi səylərə töhfə vermir. 15 avqustda, Alaska sammitdən sonra Rusiya Ukraynaya qarşı bombardman kampaniyasını gücləndirib, bu isə mülki itkiyə və mülki infrastruktura ziyan vurulmasına səbəb olub. Bu hərəkətlər, ABŞ-ın müttəfiqinin hava məkanının pozulması ilə birlikdə, bilərəkdən və ya bilməyərəkdən ABŞ-ın bu münaqişənin sona çatdırılması məqsədilə göstərdiyi səmimi səylərə böyük hörmətsizlik göstərir”, – ABŞ-ın BMT-dəki səfiri vəzifəsini icra edən şəxs BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.