ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Ermənistana gedib

12:50, 09.07.2024

 
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer Ermənistana gedib.

“USAİD”in rəhbərinin sosial şəbəkədə yazdığı kimi, onun təyyarəsi bir az bundan əvvəl Yerevana eniş edib.

“Ermənistana qayıtmaq mənim üçün böyük şərəfdir, ABŞ-Ermənistan tərəfdaşlığının genişlənməsinin mühüm məqamında bu, mənim Ermənistana bu il ikinci səfərimdir. Səfərim zamanı daha dərin əməkdaşlığı səbirsizliklə gözləyirəm”- ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri yazıb.

Oxşar