ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının sədri - İkinci İlianın vəfatı bütün dindarlar üçün böyük itkidir, gürcü xalqına dərin hüznlə başsağlığı verirəm
ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının sədri - İkinci İlianın vəfatı bütün dindarlar üçün böyük itkidir, gürcü xalqına dərin hüznlə başsağlığı verirəm

ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının sədri Viki Hartsler Katolikos-Patriarx İkinci İlianın vəfatı ilə əlaqədar gürcü xalqına başsağlığı verir.

“Bu kədərli xəbəri eşitdiyimiz üçün çox məyusuq. Bu, Avtokefal Ortodoks Kilsəsi və bütün möminlər üçün böyük itkidir. Səfirə, səfirliyə və bütün gürcü xalqına səmimi hüzn və başsağlığı çatdırıram”, – deyə Hartsler bildirir.

Məlumat üçün bildirək ki, ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia bazar günü, martın 22-də Sioni Məbədində dəfn olunacaq. Katolikos-Patriarx İkinci İlia 17 martda 93 yaşında vəfat edib.