ABŞ-ın Ali Məhkəməsi Donald Trampın tətbiq etdiyi fövqəladə rüsumları qanunsuz elan etdi
ABŞ-ın Ali Məhkəməsi Donald Trampın tətbiq etdiyi fövqəladə rüsumları qanunsuz elan etdi

ABŞ-ın Ali Məhkəməsi ölkə pezidenti Donald Trampın rüsumları qanunsuz elan etdi.

Ali Məhkəmə Prezident Donald Trampın bütün dünyaya birtərəfli qaydada genişmiqyaslı rüsumlar tətbiq etməklə federal qanunu pozduğunu müəyyən edib.

Ali Məhkəmənin rəhbəri Con Roberts məsələ ilə bağlı rəy yazıb. Medianın məlumatına görə, məhkəmənin üç üzvü bunun əleyhinə olub, altısı isə rüsumların qanundan üstün olduğunu dəstəkləyib.

Donald Tramp bundan əvvəl rüsumlara qarşı qərarın ölkəyə iqtisadi zərbə olacağını bildirdi. Amerikan mediasının qiymətləndirməsinə görə, “bu, prezidentin xarici siyasət və iqtisadi gündəliyinin əsas məsələsində Ağ Ev üçün heyrətamiz məğlubiyyətdir”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2025-ci ilin aprelin 3-də müxtəlif ölkələrə 10%-dən 49%-ə qədər rüsumlar tətbiq edəcəyini bəyan etdi.